Bu gün Bayıl stadionunda Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.
Sportarena.az xəbər verir ki, oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşacaq. Qarşılaşmanı sabiq FİFA referisi Tahir Süleymanov idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Xəyalə Əzizzadə olacaq.
Yoldaşlıq oyunu saat 17:00-da başlayacaq.