Karlo Ançelotti karyerasını İtaliyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, Ançelotti “Napoli” ilə müqavilə bağlayacaq. Bu barədə məlumatı “Corriere dello Sport” nəşri yayıb. Nəşrin iddiasına görə, tərəflər arasında bütün şərtlər razılaşdırılıb. Ançelottinin “Napoli”də işləməsinə yalnız bir şey mane ola bilər: Mauritsio Sarrinin komandanı tərk etməməsi. Ancaq bu variant az inandırıcıdı. Sarrinin “Napoli”ni tərk edəcəyinə kimsə şübhə etmir.
Ançelottinin son iş yeri “Bavariya” olub. O, Münhen nəhəngindən 2017-ci ilin noyabrında istefaya göndərilmişdi.