Hamı ÇL-in finalını gözləyir, Ronaldo İbizada dincəlir - FOTO

15:19 23 May 2018

"Real"ın futbolçusu Kriştiano Ronaldo sevgilisi Corciniya ilə bir neçə günlük istirahətdə olub.

 

Sportarena.az xəbər verir ki, cütlük İbizada dincəlib. Günəş vannası qəbul edən və çimərlikdə əylənən Ronaldo və Corciniya paparazzilərə tuş gəlib. Hər iki məşhurun bədəninin ideal formada olması diqqətdən qaçmayıb.

 

Qeyd edək ki, Kriştiano ilə Corciniya 2016-cı ildən görüşür. Bir il sonra cütlüyün qızı dünyaya gəlib. Bundan başqa, ötən il surroqat ana vasitəsilə ilə Ronaldonun Mateo və Eva adlı əkizi olub. Futbolçunun 8 yaşlı Ronaldo adlı daha bir oğlu var. 

 

Əlavə edək ki, Ronaldonun çıxış etdiyi "Real" mayın 26-da Çempionlar Liqasının finalı çərçivəsidə "Liverpul"la üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti