"Deportivo" Zeedorfla bağlı qərar verdi

16:18 23 May 2018

İspaniyanın "Deportivo" klubu baş məşqçisi Klarens Zeedorfla yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 41 yaşlı mütəxəssis uğursuz çıxışa görə göndərilib.

 

"Deportivo" La Liqada yerini qoruya bilməyib və Sequndaya düşüb.

 

Qeyd edək ki, Zeedorf "Deportivo"ya fevral ayında gəlmişdi.


Digər xəbərlər

Xəbər xətti