Kontenin "Çelsi"dəki taleyi necə olacaq?

18:31 23 May 2018

"Çelsi"nin baş məşqçisi Antonio Konte London klubunu tərk etmək niyyətində deyil.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxxəsisin İngiltərə təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozmaq istəmədiyi bildirilib. Kontenin "Çelsi" ilə müqaviləsi gələn ilin iyununda başa çatır. London klubu onu istefaya göndərəcəyi təqdirdə, 9 milyon funt sterlinq təzminat ödəyəcək.

 

"Çelsi"nin yaxın günlərdə baş məşqçisi ilə bağlı yekun qərar verəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti