Millimizin oyununu kim idarə edəcək?

12:40 24 May 2018

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Makedoniya millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Bakıda keçiriləcək matçı Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Mübahiz Haşımov və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını Nail Nağıyev yerinə yetirəcək.

 

Qeyd edək ki,  “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya görüşü bu gün saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti