“Roma” daha bir türk futbolçu ilə ciddi maraqlanır.
Sportarena.az xəbər verir ki, Roma klubu “Beşiktaş”ın futbolçusu Tolqay Arslanı heyətə cəlb etmək istəyir. Almaniyada doğulmuş 27 yaşlı futbolçunun qiymətinin 12 milyon avro olduğu bildirilir. Bu qiymətin “Roma”nı qane etdiyi də iddia olunur. İtaliya klubunun yaxın günlərdə “Beşiktaş”a rəsmi təkliflə müraciət edəcəyi gözlənilir.
“Roma”nın heyətində daha bir türk futbolçu - Cengiz Ünder çıxış edir.