Türkiyə millisinin heyətində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, “Milan”ın futbolçusu Hakan Çalhanoğlu yığmanın heyətindən çıxarılıb. Bu barədə məlumatı Türkiyə Futbol Federasiyası yayıb. Hakanın millinin heyətindən kənarlaşdırılmasına onun dizində zədəsi olması səbəb olub.
Xatırladaq ki, Türkiyə millisi mayın 28-də İranla, iyunun 2-də Tunislə, iyunun 5-də isə Rusiya yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.