Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq görüşünü keçirib.
Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Makedoniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib. "Dalğa Arena"dakı qarşılaşmada qalib müəyyənləşməyib. Yığmamız Balkan təmsilçisi ilə iki dəfə qarşılaşacaq. Bu komandalar arasında növbəti görüş mayın 27-də baş tutacaq.
U-20 millimiz toplanış çərçivəsində ilk oyununu ötən həftə Gürcüstandan olan həmyaşıdlarına qarşı keçirib və 1:2 hesabıyla uduzub.
Yoldaşlıq oyunu
24 may
Azərbaycan (U-20) - Makedoniya (U-20) 1:1
Qol: Kamran Əliyev, 5 - Filip Trayanovski, 87.
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Anton Krivotsyuk, 13. Murad Qayalı, 6. Hacıağa Hacılı (k), 2. Amin Seydiyev, 18. Ricat Qarayev, 10. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 7. Fərid Nəbiyev, 20. Kamran Əliyev, 17. Ozan Can Kökcü
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Nicat Mehbalıyev, 27. Ərziman Rizvanov, 9. Ruslan Hacıyev, 28. Şakir Seyidov, 24. Zahid Mərdanov, 5. İbrahim Hüseynov, 21. Rüstəm Nuriyev, 19. Famil Camalov, 26. Faiq Hacıyev, 15. Əli Sadıxov, 25. Təbriz Xubanov, 11. Süleyman Əhmədov, 8. Rafael Məhərrəmli
Baş məşqçi: Rəşad Sadıqov
Makedoniya: 1. Riste Yankov, 2. Todor Todorovski, 3. Mixail Manevski, 5. Nexar Sadiki, 19. Filip Trayanovski, 11. Omar İmeri, 17. Daniel Milovanovik, 7. Milan Ristovski, 8. Yani Atanasov, 9. Kristian Trapanovski, 10. Davor Zdravkovski (k)
Ehtiyat oyunçular: 12. Xristian Stevkovski, 22. Tomas Bojinovski, 18. Vane Yovanov, 15. Oliver Stoymenovski, 13. Filip Antovski, 14. Darko Çurlinov, 6. Stefan Boqdanovski, 16. Marko Ferukoski, 21. Kristian Trayçeski, 4. Mile Todorov, 20. Aqron Rufati
Baş məşqçi: Blaqoya Milevski