Rəşad Sadıqov: "Belə rəqibə qarşı oynamağı xoşlayıram"

23:56 24 May 2018

20 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqovun Makedoniya ilə oyundan sonra (1:1) görüşlə bağlı fikirlərini bölüşüb:
 
Sportarena.az xəbər verir ki, gənc mütəxəssis bunları deyib: 
 
“Rəqib sürətli futbol sərgilədiyi üçün müdafiəyə daha çox diqqət yetirirdik. Əslində ikinci hissəyə də pis başlamamışdıq. Sadəcə, biz topa nəzarəti itirdikdən sonra rəqib daha böyük qüvvə ilə irəli atıldı və daha sürətlə çıxış etməyə başladı. Bu zaman daha çox müdafiə olunduq. Makedoniya yığması çox yaxşı komandadır. Bu kollektivi çox yaxşı tanıyıram. Rəqib olduğu üçün tərifləmək istəmirəm, amma hazırda Avropanın 10-15 yaxşı komandasından biridir. İsveçrə və Belçika, eləcə də  Avropa çempionatının elit-raundunda İngiltərə üzərində qələbə qazanıblar. Mən belə rəqibə qarşı oynamağı xoşlayıram. İstəyirəm ki, uşaqlar bərkisinlər və görsünlər ki, rəqib necə sürətli, səliqəli oynayır. Bizim üçün yaxşı sınaq oldu. Mən komandamızdan daha yaxşı oyun gözləyir və düşünürəm ki, uğur əldə etmək, yaxşı nəticə qazanmaq istəyiriksə, artırmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti