Vidal həbs oluna bilər

11:33 25 May 2018

“Bavariya”nın futbolçusu Arturo Vidala qarşı ittiham irəli sürülüb.

 

Sportarena.az xəbər verir ki, Vidal 2017-ci ildə gecə barında dava salıb. Hadisə Münhenin VİP-klublarından birində baş verib. “Maynts”la oyundan (4:0) sonra futbolçu qardaşı Sandrino və dostları ilə qələbəni qeyd etmək üçün gecə barına gediblər.

 

Orda isə başqa bir müştəri ilə mübahisə yaşanıb. Münaqişə zamanı bir nəfərin başından zədə aldığı bildirilir. Ona araq butukası ilə xəsarət yetirilib.

 

İttihamlar təsdiqini tapsa, çilili futbolçu həbs oluna bilər. Vidal “Bavariya”da 2016-cı ildən çıxış edir.


Digər xəbərlər

Xəbər xətti