Mövsüm başa çatdıqdan sonra “Deportivo”dan ayrılan Klarens Zeedorf karyerasnı Türkiyədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sivasspor” hollandiyalı baş məşqçinin xidmətində maraqlıdı. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Sivas təmsilçisinin Zeedorfla şifahı razılıq əldə etdiyi vurğulanıb.
Xatırladaq ki, 42 yaşlı məşqçi qışda “Deportivo”nun “sükanı arxasına” keçsə də, komandanı La Liqada saxlamaq vəzifəsinin öhdəsindən gələ bilməyib. Mövsüm başa çatan kimi La Korunya təmsilçisi onunla yollarını ayırıb.
“Sivasspor”un siyahısında Zeedorfdan başqa, Elano, George Haci, Tamer Tuna kimi mütəxəssislər də var.