Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo iki qızla eyni vaxtda evlənəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o, bu məlumatı təkzib edib:
“Bu, böyük yalandı. Bütün dünya mənə zəng edir. Mən evlənməyə hazırlaşmıram”.
Qeyd edək ki, 38 yaşlı Ronaldinyonun iki qızla eyni anda evlənmək istədiyi barədə xəbəri ilk olaraq İspaniyanın AS qəzeti yayıb.