"Qəbələ"nin futbolçusu evləndi - FOTO

16:32 25 May 2018

“Qəbələ”nin futbolçusu Baqali Dabo subaylığın danışı atıb.

 

Sportarena.az xəbər verir ki, fransalı hücumçu vətənində - paytaxt Parisdə evlənib. 29 yaşlı forvard Tuğba adlı xanımla ailə həyatı qurub. Çempionatın bombardiri sabah Qəbələyə qayıdacaq və komandanın məşqlərində iştirak edəcək.

 

Qeyd edək ki, Dabo 2016-cı ildən “Qəbələ”də çıxış edir.

 

Əlavə edək ki, "Qəbələ" mayın 28-də Azərbaycan kubokunun finalı çərçivəsində "Keşlə" ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti