"Real" ardıcıl 3-cü dəfə ÇL-in qalibi oldu! - YENİLƏNİB

01:01 27 May 2018

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Kiyevin Olimpiya stadionunda baş tutan həlledici görüşdə “Real” və “Liverpul” münasibətlərinə aydınlıq gətiriblər. Maraqlı mübarizə şəraitində keçən görüşdə Madird klubu qələbə qazanıb - 3:1

 

Bu komandalar daha öncə bir dəfə - 1981-ci ildə Çempionlar Kubokunun finalında üz-üzə gəliblər. Parisdə keçirilən həlledici oyunda “qırmızılar” minimal hesabla qalib gəlmişdilər. Ümumilikdə isə bu komandalar bu günə kimi 5 dəfə qarşılaşıblar. Bu görüşlərdən 3-də “Liverpul”, digər ikisində isə “Real” qalib gəlib. Top fərqi “qırmızılar”ın xeyrinədi - 6:4. 

 

Ardıcıl iki ildi ki Çempionlar Liqasının qalibi olan “kral klubu”, ümumilikdə 13-cü titulunu qazanmaq arzusunu reallaşdırıb. Sonuncu dəfə bu turnirdə 2005-ci ildə qalib olmuş İngiltərə təmsilçisinin muzeyində isə 5 ÇL kuboku var.

 

Çempionlar Liqası, final

26 may

22:45 Real (İspaniya) - Liverpul (İngiltərə) 3:1

Qol: Kərim Benzema, 51. Qaret Beyl, 64; 83 - Sadio Mane, 55.
Baş hakim: Milorad Maziç (Serbiya)
Yer: Kiyev. Olimpiya stadionu


Digər xəbərlər

Xəbər xətti