Zidan: "Bu matçın favoriti nə bizik, nə də onlar"

11:54 26 May 2018

UEFA Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis uğurlarl haqda danışıb:

 

"Uğurlarımızın sirri çox çalışmaqdı. Biz bir komandayıq. Bəzi qərarlar verməliyəm və buna görə də bir çox oyunçu ehtiyatda qalmaq məcburiyyətində olur. Amma komandamız üçün düşünməliyik. Bir oyunçu buna görə məyus ola bilər və motivasiyası aşağı düşər, amma oyun başlayanda ehtiyatda oturan futbolçular da komandanın bir parçasıdı".

 

Zidan şansları bərabər hesab edir:

 

"İnsanlar çox müzakirələr edir, amma bu matçın favoriti nə bizik, nə də onlar. Finallarda şanslar hər zaman 50-50-yədi. Özümüzü favorit görmürük. Çıxıb oyunumuzu oynayıb, qalib gəlməyə çalışacağıq".

 

45 yaşlı çalışdırıcı Ronaldonun formada olduğunu deyib:

 

"Ronaldo belə oyunlar üçün yaşayır. Bu cür matçlar onun həyatına məna qatır. Finalı dörd gözlə gözləyir".

 

Zidan "Liverpul"da çalışan həmkarı Yurgen Kloppla bağlı xoş sözlər səsləndirib:

 

“Ona böyük hörmətim var. Çox təcrübəli məşqçidi. İnanılmaz işlər görür. Amma bənzər keyfiyyətlərimizin olduğunu söyləyə bilmərəm. Hər kəs və hər bir mütəxəssis bir-birindən fərqlənir”.

 

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. Oyun Kiyev Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti