"Real" və Zidandan tarixi nəticə

10:20 27 May 2018

UEFA Çempionlar Liqasının finalında “Liverpul”u 3:1 hesabıyla məğlub edən “Real” ardıcıl 3-cü mövsüm bu turnirin qalibi oldu.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinə Çempionlar Liqası adının verildiyi gündən bəri bu yarışda ardıcıl 3 dəfə baş mükafatı qazanan kollektiv olmamışdı. Madrid təmsilçisi 26 illik bu dövrdə bir ilkə imza atmaqla tarixə düşdü.

 

Ötən mövsüm ardıcıl iki dəfə baş məşqçi kimi ÇL-in qalibi adını qazanan “Real”ın çalışdırıcısı Zinəddin Zidan da tarixə keçdi. O, nüfuzlu yarışda ardıcıl üç dəfə komandasına uğur qazandıran ilk mütəxəssisdi.

 

Bütövlükdə, ÇL tarixində də ən çox qalib adını qazanan “Real” “Liverpul” üzərində qələbə ilə 13-cü dəfə kuboku muzeyinə aparmış oldu.


Digər xəbərlər

Xəbər xətti