ÇL-in tarixinə düşən Beyl: "Agentimlə oturub bu barədə danışacağıq"

12:39 27 May 2018

"Real"ın ardıcıl 3-cü Çempionlar Liqası kubokunun qazanmasında Qaret Beylin mühüm rolu oldu. "Liverpool"la final matçına ehtiyatda başlayan uelsli ulduz ikinci hissədə meydana çıxaraq dubla imza atdı. Bununla da Beyl turnirin finalında əvəzetmədən oyuna daxil olaraq 2 qol vuran ilk futbolçu kimi tarixə düşdü.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı vinqer matçdan sonra verdiyi açıqlamada gələcəyi ilə bağlı bir qərara gəlmədiyini qeyd edib.

 

"Şübhəsiz, oyunun start heyətində olmamaq məni məyus etdi. Buna layiq olduğumu düşünürdüm, amma son qərarı baş məşqçi verir. Mən hər həftə oynamaq istəyirəm. Bu, son mövsümdə baş vermədi. 5 həftə müddətinə zədələndim və müntəzəm oynaya bilmədim. Agentimlə oturub bu barədə danışacağıq"


Digər xəbərlər

Xəbər xətti