Mayın 29-da Bakıda Qırğızıstan millisiylə qarşılaşacaq Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak oyunöncəsi mətbuat kofransında fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, Budak birbaşa sualları cavablandırıb:
- “Samsunspor”dan ayrıldın. Karyeranı harda davam etdirmək barədə düşünürsən?
- Hələ heç nə bəlli deyil. Menecerimlə danışmalıyam. Hələ ki, gözləyirik.
- Qurban Qurbanov dedi ki, 6 gün “Qarabağ”da məşq etmisən. Bu komandada qalmaq istəyərdin?
- Qurban hoca məni formamı bərpa etmək üçün klubda məşqlərə dəvət etdi. Belə söhbət olmayıb.
- Əvvəllər də millidə olmusan. Dəyişən nə var?
- 4 il bundan öncə gəlmişdim. Daha çox gənc oyunçu var. Milli daha dinamikdi.
- Azərbaycan futbolunu izləyirdiz?
- Bəli, əlbəttə, izləyirdim. Bu millinin üzvüyəm. Yığmanın bütün oyunlarını izləməyə çalışırdım.
- Belə bir söhbət var ki, Azərbaycan vətəndaşlığından imtina edib, Türkiyə vətəndaşlığını qəbul etmisən...
- Həm Türkiyə, həm də Azərbaycan pasportum var. Hər ikisi evdədi.
- Prosineçki ilə nə problemin var idi? Səni milliyə niyə çağırmırdı?
- Onu məndən yox, baş məşqçidən soruşmalısız (gülür).