Maksimov: "Azərbaycanın 100 illiyinin qeyd olunduğu gündə final oynamaq ikiqat sevinclidi"

10:45 28 May 2018

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan kubokunun finalından danışıb.

Qol.az xəbər verir ki, PFL-in saytına açıqlamasında ukraynalı mütəxəsis deyib:

 

“Əlbəttə, kubok oyununda oynamaq “Keşlə” futbolçuları üçün böyük sevincdi. Xüsusilə də Azərbaycan Respublikasının 100 illiyinin qeyd olunduğu gündə final oyununda iştirak etmək ikiqat sevinclidi. Təbii ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Müsbət nəticə əldə etmək üçün çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti