Xəbər verdiyimiz kimi, “Qarabağ”dan ayrılan Rahid Əmirquliyev “Səbail”ə transfer olunub.
Sportarena.az rekord.az-a istinadən xəbər verir ki, futbolçunun “Neftçi”yə keçmək şansı da olub. Belə ki, “ağ-qaralar”dan ona təklif gəlib, özü də yüksək maaşlı. Lakin rahid “Neftçi”yə keçməkdən imtina edib. Deyilənə görə, futbolçu bu addımı “Xəzər-Lənkəran” azarkeşlərinə görə atıb.
Bildirək ki, Rahid Əmirquliyev uzun müddət Lənkəran klubunun kapitanı olub.