“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk istefa verib.
Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkə kubokunun finalında “Keşlə”yə məğlubiyyətdən sonra keçirilən brifinqdə istefa verdiyini açıqlayıb.
“Qəbələ” Azərbaycan kubokunun finalında “Keşlə”yə 0:1 hesabıyla uduzub.
Xatırladaq ki, Qriqorçuk “Qəbələ”ni 2015-ci ilin yanvar ayından etibarən çalışdırırdı.