"Qəbələ"nin Azərbaycan Kubokunun finalında məğlubiyyət azarkeşlərini qəzəbləndirdiyi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, fanatlar stadionun çıxışında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun qarşısını kəsərək baş məşqçi Roman Qriqorçukun istefasını, yerli mütəxəssisin təyinatını tələb ediblər. Həmçinin, onlar klubun akademiyasında yetişən futbolçuların komandaya cəlb olunmasını istəyiblər.
Nəcəfov isə klub adından "Qəbələ" azarkeşlərindən üzr istəyib.