Fariz Nəcəfov: "Bu oyunun gələcək planlarımıza bir dəxli olmayacaq”

03:06 29 May 2018

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Kubokunun finalında “Keşlə” yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra azarkeşlərin etirazı barədə danışıb

 

Sportarena.az xəbər verir ki. o. fanatların istəklərini normal qarşıladığını bildirib:

 

“Azarkeşə kubok lazım idi ki, onu da əldə edə bilmədik. Onların narazılıqlarını normal qəbul edirəm”.

 

Klub rəsmisi bildirib ki, komandanın gələcək strategiyasında dəyişiklik baş verməyəcək:

 

“Bizim strategiyalarımız əvvəlcədən müəyyənləşdirilmişdi. Ona görə bu oyunun gələcək planlarımıza bir dəxli olmayacaq”.

 

Nəcəfov baş məşqçi Roman Qriqorçuk haqqında danışarkən onun gedəcəyini də təsdiqləyib:

 

"Qriqorçuk haqqında sabah qərar verəcəyik, amma özü gedəcəyini deyibsə, deməli gedəcək”.


Digər xəbərlər

Xəbər xətti