2018/19 mövsümündə Azərbaycanı Avropa kuboklarında təmsil edəcək sonuncu – dördüncü klub da müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, Azərbaycan kubokunun “Keşlə” – “Qəbələ” matçından (1:0) sonra məlum olub. “Qəbələ” üzərindəki 1:0 hesablı qələbə sayəsində kuboka sahib çıxan Yuri Maksimovun komandası Avropa Liqasına vəsiqə qazanıb.
Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Keşlə”, “Qəbələ” və “Neftçi” (hamısı Avropa Liqası) təmsil edəcək. "Keşlə"dən başqa digər klublarımız mübarizəyə birinci mərhələdən başlayacaq. Paytaxt təmsilçisi ölkə kubokunun qalibi olaraq ikinci mərhələdən mübarizəyə qoşulacaq.