"Liverpul"dan transfer

10:13 29 May 2018

"Liverpul" komandadan ayrılacağı böyük ölçüdə dəqiqləşən Əmrə Canın mövqeyinə oyunçu alıb.

 

Sportarena.az xəbər verir ki, "qırmızılar" "Monako"nun dayaq yarımmüdafiəçisi Fabinyonu rənglərinə bağlayıb. Braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mersisaydlılar bu keçid üçün "knyazlıq klubu"na 50 milyon avro ödəyib.

 

24 yaşlı oyunçu "Liverpul"a keçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb: "Çox xoşbəxtəm. "Liverpul" böyük klubdur. Bu, həmişə arzuladığım idi. "Liverpul"un tarixinə keçmək və kuboklar qazanmaq üçün çalışacam".

 

"Monako" Fabinyonu 2015-ci ildə "Riu Ave"dən 6 milyon avroya almışdı. Yarımmüdafiəçi cari mövsüm 45 oyuna 45 oyuna 8 qol vurub, 5 assist edib.


Digər xəbərlər

Xəbər xətti