Ukrayna futbolunda danışılmış oyunlarla bağlı qalmaqal yaşanır.
Sportarena.az xəbər verir ki, Ukrayna çempionatının elitasında çıxış edən 12 klubdan 10-u danışılmış oyunlarda iştirak etməkdə ittiham edilir. Bu barədə iddia ilə “2+2” telekanalı çıxış edib.
Telekanalın iddiasına görə, Ukrayna çempionatında iştirak edən 12 komandadan cəmi 2-si - “Şaxtyor” və “Dinamo” danışılmış oyunlarda iştirak etməyiblər. Digər klubların isə ya əsas heyəti, ya da gənclərdən ibarət komandaları nəticəsi əvvəlcədən müəyyənləşdirilən oyunların iştirakçısı olub.