Çempionlar Liqasının finalında Muhammed Salahı zədələyən Serxio Ramosla bağlı məhkəməyə müraciət edilib.
Sportarena.az xəbər verir ki, misirli bir vəkilin açdığı bu məhkəmə prosesi 1 milyard avroya bərabərdi. Zədələnəndən sonra DÇ-2018-ə yetişib-yetişməyəcəyi müzakirə olunduğu bir vaxtda Misirdə Bassem Vahba adlı bir vəkil FİFA-ya müraciət edib.
Ramosun ölkənin ən ünlü futbolçusu ilə birlikdə həm də bir xalqa fiziki və psixoloji zərər verdiyini qeyd edən Vahba "Ramos bilərəkdən Salahı zədələyib və bu hərəkətinə görə cəzalanmalıdı. Ona görə də 1 milyard avroluq məhkəmə prosesinə başlamışam" sözlərini söyləyib.
Vahba məhkəməni udacağı təqdirdə bu pulu Misirə bağışlayacağını vurğulayıb.
"Change.org"da da Ramosun UEFA və FİFA tərəfindən cəzalandırılması üçün başladılan imza kampaniyasına 300 min nəfərdən çox insan qoşulmuşdu.