Ürfan Abbasov: "Qol vuracağımı gözləmirdim"

00:11 30 May 2018

Millimizin futbolçusu Ürfan Abbasov Qırğızıstanla yoldaşlıq oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavalandırıb.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ"nin üzvü öncə görüşlə bağlı fikilərini bölüşüb:

 

Matça yaxşı hazırlaşmışdıq və rəqibi yaxşı analiz etmişdik. Bunun da nəticəsində maraqlı oyun oldu. Üç qol vurduq və qələbə qazandıq. Buna da sevinirik.

 

- Bu gün qol vuracağınızı gözləyirdinizmi?
- Sözün düzü, gözləmirdim. Amma epizod yarandı irəli getdim. Komanda yoldaşım da yaxşı ötürmə verdi, mən də bundan istifadə etdim.
 
- Qurban Qurbanovun gəlişindən sonra daha çox etimad qazanırsınız. Özünüzü əsas futbolçulardan hiss edirsinizmi?
- Düzdür. Qurban müəllim oynamaq üçün mənə şans verir. Hər oyunda da bacardığımı etməyə çalışıram. Bundan sonra da etimad qazansam, əla olar. Sevinirəm ki, əsas heyətdə oynayıram.

 

- Qol epizodunda ötürmə vermək barədə düşündünüzmü?
- Topu qəbul edən kimi niyyətim qapıya zərbə endirmək idi.

 
- Daha çətin rəqib olsaydı, yenə qapıya zərbə vurmağa risk edərdiniz?
- Daha ağır rəqib olsaydı, yəqin ki, belə epizod olmazdı. Mən buna inanmıram. Fürsət oldu, yüksək səviyyədə istifadə etdim.

 

- Rəqibin üstünlüyü ələ aldığı zamanlar oldu. Həmin anlarda nə baş vermişdi?
- Bəzi epizodlarda düzgün oynamadıq. Bunun nəticəsində də rəqib bizdən topa daha çox sahib ola bilirdi. Biz pressinqə hazır deyildik. Sonra isə oyunu düzgün qurduq. Pressinqdən daha yaxşı çıxdıq.
 
 

- Böyük ehtimalla Samir Abasov "Qəbələ"nin yeni baş məşqçisi olacaq. Onunla iş birliyinə hazırsınızmı?
- Mən hazırda milli komandadayam. "Qəbələ”yə aid suallar olmasa, daha yaxşı olardı.

 

- Bu məsələlərlə bağlı narahat deyilsiniz?
- Xeyr. Niyə narahat olmalıyam? Kim yaxşıdırsa o da oynayacaq. Yeni baş məşqçi kimə şans versə, o da meydanda olacaq.


Digər xəbərlər

Xəbər xətti