Qara Qarayev:"Emin Mahmudovla anlaşa bilmirik"

00:23 30 May 2018

Millimizin üzvü Qara Qarayev yoldaşlıq görüşündə Qırğızıstanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportarena.az xəbər verir ki, əvvəlcə qələbəni şərh edib:

 

- Son vaxtlar yığmada böyükhesablı məğlubiyyətlərə yox, 3 xallara köklənmişik. Bu gün də 3:0 hesablı qələbə qazandıq. Düşünürəm ki, millidə hər şey yaxşılığa doğru gedir. Daha da yaxşı olacağıq. Millətlər Liqası turnirindən əvvəl sonuncu yoldaşlıq görüşlərimizdi. Artıq nəsə ortaya qoymalıyıq, komanda şəklində yığışmalı, hansı futbolu sərgiləyəcəyimizi müəyyənləşdirməliyik. Bu gün həmin oyunun ilki idi. Növbəti yoxlama görüşlərində də qələbə qazanıb, Millətlər Liqasına daha yaxşı köklənmək istəyirik.

 

- Oyun ürəyinizcə oldu?
- Çatışmazlıqlarımız var. Qola kimi daha yaxşı oynadıq. Qoldan sonra müəyyən boşluqlar yarandı. Rəqib də qola qədər və ondan sonra fərqli çıxış etdi. Bu da bizi bir az çaşdırdı. Qırğızlar matça pressinqsiz başladı. Lakin sonradan hücuma çıxmaları bizə müəyyən problem yaratdı. Millidəki oyunçuların əksəriyyəti ilə 1-ci, 2-ci dəfədi birlikdə çıxış edirik. Bu üzdən oyun planında hansısa problemlər yarana bilər. Bəzi anlarda bir-birimizi başa düşmürük, öyrəşmək üçün hələ yeniyik. Bəzən isə meydanda bir-birimizi hiss etmirik. Bununla bərabər yaxşı göstəricilərimiz də var idi.

 

- Qırğızlardan belə oyun gözləyirdinizmi?
- Açığı, onları tanımırdım. Videogörüntülərinə baxmışdım, orda daha yaxşı komanda kimi görünürdülər. Bu gün isə biz daha güclü idik. Rəqib ağır komanda idi, təkbətək mübarizələrə üstünlük verirdi. Buna baxmayaraq, bizim üçün önəmli olan nəticədir. Çünki qarşıdakı turnirdə yaxşı oynamaq bizə bəs etməyəcək. Bir qol vurub qalib gəlmək daha önəmli olacaq. Sırf nəticəyə oynamağı bacarmalıyıq.

 

- Riçard Almeydanın yoxluğunda Emin Mahmudovla yaxın oynadınız. Almeydanın yoxluğunu hiss edirdinizmi?
- Riçardla 6 ildi bir yerdə oynayırıq, bir-birimizi daha yaxşı hiss edirik. Oyun epizodlarında yardımlaşaraq oynayırıq, bir-birmizin nə istədiyini bilirik. Riçardla bir komandada oynamaq mənə rahatdır. Deməzdim ki, Emin zəifdir, onunla anlaşa bilmirik. Birinci və ya ikinci dəfədi bir yerdə oynayırıq. Fərq var, amma getdikcə daha yaxşı anlaşacağıq.


Digər xəbərlər

Xəbər xətti