Millimizin üzvü "Qarabağ"a keçir? - "Mən də eşitmişəm, amma konkret təklif almamışam”

12:17 30 May 2018

“Komandamız çox yaxşı mübarizə apardı, bunun nəticəsində qələbə qazandıq. Rəqib zəif deyildi". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Qırğızıstan millisi ilə yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib. Gənc müdafiəçi həm 3:0 hesablı qələbə qazandıqları matç, həm də "Qarabağ"a keçəcəyi ilə bağlı məlumatlar haqda fikirlərini açıqlayıb:

 

"Rəqib irəlidə pressinq edirdi. Onlar bəzi anlarda bizə çətinlik yarada bildilər. Buna baxmayaraq, yaxşı oyunla qələbə qazandıq. "Qarabağ" məsələsinə gəlincə, hələ dəqiq məlumat yoxdu. Yəqin ki, buna millinin toplanışından sonra aydınlıq gələr. Mən də eşitmişəm, amma konkret təklif almamışam”.


Digər xəbərlər

Xəbər xətti