AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan kubokunun final matçı olan “Keşlə” - “Qəbələ” oyunu (1:0) ilə bağlıaşağıdakı qərarlar qəbul olunub:
“Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 88-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Oyunun 55-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.