Noyer uzun fasilədən sonra start heyətində

15:41 30 May 2018

"Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer uzun müddət fasilədən sonra yaşıl meydanlara qayıdır.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı qolkiper Avstriya millisi ilə iyunun 2-də keçiriləcək yoxlama oyununda start heyətində meydana çıxacaq. Almaniya millisinin qapıçılar üzrə məşqçisi Anderas Kepke Noyerin oyuna tam hazır olduğunu deyib:

 

"Noyerə bu oyun lazımdı. Uzun sürən zədədən sonra meydana çıxmalıdır ki, onun tam sağaldığına əmin olaq".


Xatırladaq ki, M.Noyer ötən ilin sentyabrında zədələnmişdi.


Digər xəbərlər

Xəbər xətti