Almaniya milli komandasının üzvləri arasında məşq zamanı mübahisə düşüb.
Sportarena.az xəbər verir ki, müdafiəçilər - "Bavariya"nın üzvü Coşua Kimmix və "Çelsi"nin futbolçusu Antonio Rüdiger mübahisə edib. Kəllə-kələyə gələn futbolçuları məşqçilər korpusunun üzvü Miroslav Kloze çətinliklə sakitləşdirib.
Mübahisəyə səbəb Rudigerin ikitərəfli oyun zamanı Kimnixə qarşı arxadan sərt oynaması olub. Mübahisə zamanı futbolçular bir-birilərinə başla zərbə endirdiklərindən, "Bavariya"lı alınandan yüngül xəsarət alıb.
Baş verən insidentdən sonra baş məşqçi Yoahim Löv futbolçularla ciddi şəkildə söhbət edib və onlara xəbərdarlıq edib.
Qeyd edək ki, Almaniya millisi Rusiyada keçiriləcək dünya çempionatında Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda yer alacaq.