“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, klub son mövsümü “Kəpəz”də keçirmiş Şəhriyar Rəhimovla müqavilə bağlayıb. Bu barədə məlumatı “Səbail”in mətbuat xidməti yayıb. Yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu karyerası ərzində “İnter”, “Karvan”, “Rəvan” və AZAL klublarında çıxış edib. Rəhimov son 3 mövsümü “Kəpəz”də keçirib. Şəhriyar son mövsümdə şans qazandığı 30 oyunda 5 qola imza atıb.
Qeyd edək ki, “Səbail” daha öncə Rahid Əmirquliyev və Ağabala Ramazanovu heyətinə cəlb etmişdi.