Fariz Nəcəfov: "Sənan Qurbanov Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib"

18:26 30 May 2018

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov komandaya yeni baş məşqçi təyinatı ilə bağlı fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, klubun saytına danışan Nəcəfov, Sənan Qurbanovun artıq məşqçi kimi püxtələşdiyini, rəhbərlik olaraq ona güvəndiklərini bildirib:

 

“Sənan Qurbanov artıq illərdi ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Daha sonra fəaliyyətini əsas komandada davam etdirib. Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: Akademiya və əsas komanda. Qurbanov da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa Liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdi. Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.


Digər xəbərlər

Xəbər xətti