Sabri Sarıoğlu klubsuz qaldı

21:51 30 May 2018

Türkiyə Superliqasında ötən mövsüm 6-cı yeri tutan "Göztəpə" yeni baş məşqçi Bayram Bektaşın gəlməsi ilə heyətdə təmizlik işlərinə başlayıb.

 

Sportarena.az xəbər verir ki, İzmir klubu ötən yay "Qalatasaray"dan transfer etdiyi Sabri Sarıoğlu ilə yollarını ayırıb. Geridə qalan mövsümdə Göztepe-də 29 oyun keçirən Sabrinin 1 illik müqaviləsi avtomatik olaraq 1 il də uzansa da, tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəlib.

 

Klub həmçinin, 37 yaşlı Selçuk Şahin və qapıçı Günay Güvençlə də müqavilə yeniləməyəcək. 


Digər xəbərlər

Xəbər xətti