"Neftçi"nin yeni sponsorları hansı şirkətlər olacaq?

19:28 30 May 2018

Tütkiyənin məşhur «Beko» şirkətinin «Neftçi»nin sponsoru olması gözlənilir.

 

Sportarena.az xəbər verir ki, «Koç Holdinq»ə daxil olan bu brendin loqosunu yeni mövsümdən paytaxt klubunun formalarında görə bilərik. 

 

«Ağ-qaralar»ın tərəfdaşı olmağa daha bir namizəd də var. Onlar da Türkiyəni təmsil edir. Söhbət "Türk Hava Yolları”ndan (THY) gedir.  THYi 5 dəfə Avropa qitəsinin ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. Hazırda 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edir. "Barselona”, "Mançester Yunayted”, "Şaxtyor” kimi məşhur klublara sponsorluq etmiş "Türk Hava Yolları” şirkəti hazırda Almaniyadan "Borussiya” (Dortmund) və Fransadan "Marsel”lə əməkdaşlıq edir. Şirkət Türkiyənin 4 böyük klubu - "Qalatasaray”, "Beşiktaş”, "Fənərbağça” və "Trabzonspor”la iş birliyi qurub. (Rekord.az)


Digər xəbərlər

Xəbər xətti