İngiltərə millisinin sabiq müdafiəçisi Con Terri Premyer Liqaya vəsiqə qazana bilməyən "Aston Villa" ilə müqaviləsini uzatmayıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 37 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır.
Qeyd edək ki, Terri başa çatan mövsümdə 35 dəfə meydana çıxıb. O, ötən il "Çelsi"dən ayrılaraq Birmingem klubuna keçmişdi.