Millimizin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşmək üzrədir.
Sportarena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi birinci liqa təmsilçisi "Adanaspor"la razılığa gəlib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Onun millinin toplanışından sonra yeni klubu müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Budak başa çatan mövsümdə "Samsunspor"da oynayıb.