"Qarabağ"ın transfer etmək istədiyi futbolçu: "Hələ bilmirəm nə edəcəm"

12:22 31 May 2018

"Qarabağ"ın transfer etmək istədiyi Xama Billiat gələcək karyerası ilə bağlı yekun qərar verməyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Mamelodi Sandaunz" klubunun hücumçusu özü məlumat verib. Zimbabveli futbolçu deyib  ki,  hazırkı klubu ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra gələcəyi haqda düşünəcək:

 

"Sözün düzü, mən hələ bilmirəm nə edəcəm. Ən yaxşı qərar üçün menecerimlə müzakirə aparmalıyam. Ümid edirəm ki, hər şey yolunda gedəcək və yaxşı qərar qəbul olunacaq. Sadəcə Tanrıya dua edəcəm. İnanıram ki, qərarımız məni dəstəkləyən hər kəs üçün doğru olacaq. Tələsmək istəmirəm".

 

Qeyd edək ki, Billiatla "Qarabağ" və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı iddia olunur. Bundan başqa, “Mamelodi Sandaunz” da 27 yaşlı forvardı komandada saxlamaq üçün ona yeni müqavilə təklif edib.


Digər xəbərlər

Xəbər xətti