İngiltərə millisinin sabiq üzvü Frenk Lempardın yeni iş yeri məlum olub.
Sportarena.az xəbər verir ki, keçmiş futbolçu İngiltərə Çempionşipində mübarizə aparan "Derbi Kaunti" klubunun baş məşqçisi olacaq. Bu barədə məlumat klubun saytı yayıb. Onunla 3 illik müqavilə imzalanıb. 39 yaşlı mütəxəssisin məvacibi isə açıqlanmayıb.
Lempard daha əvvəl Böyük Britaniyanın idman kanallarında şərhçi kimi çalışırdı. "Derbi Kaunti" onun məşqçi kimi iş yeri olacaq.