“Neftçi” əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Müşahidə Şurasının və təsisçilərin qərarı ilə onunla qüvvədə olan müqavilə yenilənməyib.
“Neftçi” Tərlan Əhmədova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.