Səməd Qurbanov "Neftçi"nin yalanını ifşa etdi: "İclas olmayıb"

15:15 31 May 2018

“Rayonda idim, yeni gəlmişəm. Bu üzdən Tərlan Əhmədovun ayrılmasının təfərrüatlarını bilmirəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov deyib. Paytaxt klubu gün rəsmi saytı vasitəsilə baş məşqçi Tərlan Əhmədovla yollarını ayırdığını bəyan edib. Xəbərdə Müşahidə Şurasının və təsisçilərin qərarı ilə müqavilənin yenilənmədiyi vurğulanıb.

 

 

Lakin şuranın üzvlərindən olan Qurbanov məsələ ilə bağlı iclasın keçirilib-keçirilmədiyindən xəbərsiz olduğunu bildirib:

 

“Bildiyim qədərilə Müşahidə Şurasının iclası olmayıb. Bəlkə də, iclas mən rayonda olduğum vaxt keçirilib, xəbərim yoxdu. Çünki telefonlarım bağlı idi. Təfərrüatlarını öyrənib, ətraflı bir söz deyə bilərəm”.


Digər xəbərlər

Xəbər xətti