"Sumqayıt"da yeni müqavilə

15:59 31 May 2018

"Sumqayıt" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, Vurğun Hüseynov və Cavid Tağıyevin ardından Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 25 yaşlı futbolçu daha 1 il komandanın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Bəxtiyar 2017/2018 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə) və 2 qol vurub. 2011-ci ildən "Sumqayıt"da çıxış edən müdafiəçi klubun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti