Azərbaycanlı futbolçu Röyal Nəcəfov Türkiyədə klubunu dəyişib.
Sportarena.az xəbər verir ki, təcrübəli forvard BAL Liqasında çıxış edəcək. Son olaraq bu çempionatda "Ağrısıpor"da etmiş və çempionluq yaşamış futbolçu "Sandıklıspor" klubuna keçib. 27 yaşlı forvard Afyon təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Nəcəfov ötən mövsüm "Ağrıspor"da 16 qol vuraraq, bombardir olmuşdu. Röyal 2015/2016-cı il mövsümündə MOİK-də çıxış edərkən 24 qolla Azərbaycan I Divizionunun ən sərrast futbolçusu olmuşdu. O, ölkəmizdə son olaraq AZAL-da çıxış edib.