Beyninə qan sızdığı üçün əməliyyat olunan "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferquson xəstəxadan evə buraxılıb.
Sportarena.az xəbər verir ki, o, müalicəsini evində davam etdirəcək.
Qeyd edək ki, Ferquson mayın 5-i beyninə qan sızdığı üçün komaya düşmüşdü. O, 3 gün sonra komadan ayılmışdı.