Braziliya millisinin futbolçusu Neymar bu gün Xorvatiya ilə yoxlama matçında oynaya bilər.
Sportarena.az xəbər verir ki, zədəsini sağaldan PSJ-nin hücumçusunun sabah əsas heyətdə olmasa da, əvəzetmə ilə meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Neymar fevralın 25-i Fransa Liqasında "Marsel"ə qarşı matçda zədələnib.O, indiyə kimi matçlarda iştirak etmir.