“Araz”ın və futzal üzrə Azərbaycan milli komandasının üzvü Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu haqda futzalçı məlumat verib. Belə ki, “Araz”la müqaviləsi may ayında başa çatan Qalo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19-cu il mövsümünü bu komandanın heyətində keçirəcək.
“Gələn mövsümdə “Levante”də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm”, yazan Qalonun gedişini klubdan da təsdiqələyiblər.
Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qalo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. Klubunu dəyişən “13” nömrə Azərbaycan millisindəki karyerasını davam etdirəcək.