"Bavariya"nın yeni mövsüm üçün planları

18:52 3 İyun 2018

"Bavariya"da Yupp Haynkesin yerinə baş məşqçi postuna gətirilmiş Niko Kovaç rəhbərliyə təqdim etdiyi raportda heyətdə ciddi dəyişikliklər edəcəyini qeyd edib.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Arturo Vidal, Xuan Bernat, Tyaqo Alkantara və Jerom Boatenqin göndərilməsini istəyir. Almaniya mətbuatının məlumatına görə, mütəxəssis bu dörd futbolçu ilə yanaşı, daha bir neçə oyunçunun komandada görmək istəmir.

 

Vidalla "Mançester Yunayted"lə "Çelsi" maraqlanırlar. Tyaqo Alkantaranı isə yetirməsi olduğu "Barselona" geri qaytarmaq istəyir. Boatenqin taleyinə isə dünya çempionatından sonra aydınlıq gələcək.


Digər xəbərlər

Xəbər xətti